Ulduz futbolçu “Qalatasaray”ın maraq dairəsində
13.04.2022 - 17:29
Ulduz futbolçu “Qalatasaray”ın maraq dairəsində

“İnter”in hücumçusu Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Çili millisinin forvardı “Qalatasaray”ın maraq dairəsinə düşüb.

Ancaq İstanbul nəhəngi bu mübarizədə tək deyil. “Sevilya” və “River Pleyt” də 34 yaşlı ulduz futbolçunu heyətinə qatmağa çalışır. Sançesin “İnter”lə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, yayda istənilən kluba azad agent kimi keçə biləcək.

Qeyd edək ki, Aleksis bu mövsüm “İnter”in heyətində 31 oyuna çıxıb, 7 qol, 4 assistlə komandasına kömək olub.