“Mançester Yunayted”in hücumçusu Markus Reşford xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Avropa Liqasının finalında “Vilyarreal”la görüşdən sonra sosial mediadan 70-ə yaxın irqçi mesaj aldığını söyləyib.
İngiltərə millisinin üzvü xüsusilə bir mesaja görə üzüldüyünü deyib: “Sosial media hesablarıma ən azı 70 irqçi təhqir yazılıb. Özümü daha pis hiss etməyim üçün çalışanlara bu cəhdlərində uğurlar. Mənə meymun şəkilləri göndərənlərdən birinin riyaziyyat müəllimi olmasına daha çox qəzəbləndim və üzüldüm. Uşaqlara dərs keçir və heç bir nəticəsi olmadan irqçi təhqir yaza biləcəyini düşünür”.
Qeyd edək ki, Qdanskda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb və “Mançester Yunayted” “Vilyarreal”a penaltilər seriyasında (10:11) uduzub.