Çində koronavirus virusunun yayılması tanınmış futbolçuları təşvişə salıb.
Apasport.az saytının məlumatına görə, bu səbəbdən ölkəni tərk etmək istəyən oyunçulardan biri də "Quançjou Everqrand" klubunun yarımmüdafiəçisi Paulinyodur.
32 yaşlı orta sahə oyunçusu ailəsinə görə bu addımı atmaq istədiyini söyləyib: "Ailəmin səhhətinə görə narahatam. Bizə deyiblər ki, evdən mümkün qədər az çıxın. Açığı, yayılan bu virusa görə ölkəni tərk etmək istəyirəm. Ancaq rəhbərlik hansısa bir problemin olmayacağını bildirib".
Qeyd edək ki, "Quançjou Everqrand" Paulinyonu 2018-ci ildə 50 milyon avro qarşılığında "Barselona"dan transfer edib. Çin Superliqasında fevralda başlamalı olan yeni mövsümün startının ən azı aprelə təxirə salınması qərara alınıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı