Ulduz futbolçu həyat yoldaşının qardaşı qızı ilə eşq yaşayır - FOTOSESSİYA
26.12.2019 - 10:15
Ulduz futbolçu həyat yoldaşının qardaşı qızı ilə eşq yaşayır - FOTOSESSİYA

Çinin “Şanxay” klubunun braziliyalı futbolçusu Halkın yeni sevgilisi müəyyənləşib.  

Apasport.az saytının məlumatına görə, 31 yaşlı ulduz Kamila ilə yeni eşq məcrasına başlayıb. 

Bu isə böyük qalmaqala səbəb olub. Məsələ ondadır ki, Kamila Halkın 4 ay öncə boşandığı Anjela de Souzanın qardaşı qızıdır. 

12 il evli olduğu bu xanımla futbolçunun İan, Jeyms və Elis adlı 3 uşaqları var. Artıq Halk yeni sevgilisinin ailəsi ilə əlaqə saxlayaraq, onları da məlumatlandırıb. Maraqlıdır ki, Kamila Anjelanın ən sevimli qardaşı uşağıdır. Bu səbəbdən yeni cütlüyü asan günlər gözləmir. Futbolçunun sabiq yoldaşı Kamilaya təzyiqlərə başlayıb. 

Braziliya mətbuatının yazdığına əsasən, onların uzun müddət bir yerdə olacaqları heç də inandırıcı görünmür. 
 

0
Halk sevgi eşq