Ulduz futbolçu əməliyyat olundu – mövsümü başa vurdu
13.05.2021 - 17:28
“İnter”in müdafiəçisi Aleksandar Kolarov əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, Serbiya millisinin sabiq futbolçusu belindən əməliyyat edilib.
36 yaşlı oyunçunu əməliyyat edən professor Mauritsio Fornari prosesin uğurlu keçdiyini və Kolarovun tezliklə reabilitasiya prosesinə başlayacağını açıqlayıb. Bu da Kolarov üçün mövsümün başa çatması deməkdir.
Qeyd edək ki, A seriyasında mövsümün sonuna iki tur qalsa da, “İnter” çempionluğunu rəsmiləşdirib.
0
0