Uruqvaylı qapıçını icarəyə götürdü - "Sabah"
21.09.2020 - 16:16
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, uruqvaylı qapıçı Alvaro Villete bundan sonra bakılıların uğurları üçün çalışacaq.
29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan birillik icarəyə götürülüb. Alvaro son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.
Qeyd edək ki, buna qədər "Sabah" Amin Seydiyev, Samir Məhərrəmli, Slavik Alxasov, Nicat Mehbalıyev, Aleksey İsayev, Camal Cəfərov və Nikola Vuyadinoviçi heyətinə qatıb.
0
0