İspaniya millisinin sabiq futbolçusu Viktor Valdesin yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, keçmiş qapıçı “Orta” klubuna baş məşqçi təyin edilib.
Bu komanda İspaniyanın 4-cü dəstəsində mübarizə aparır. 38 yaşlı mütəxəssis yeni mövsümdən Barselona təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, 2017-ci ildə karyerasını bitirən Valdes uzun illər “Barselona”da oynayıb. O, kataloniyalılarla 6 çempionluq, 6 Superkubok, 2 ölkə kuboku, 2 UEFA Superkuboku, 3 Çempionlar Liqası qazanıb və 2 dəfə klublararası dünya çempionu olub. Qapıçı milli ilə dünya və Avropa çempionu adına yiyələnib. 2019-cu ildən isə “Barselona”nın yeniyetmələrdən ibarət komandasında çalışıb.