Van Bastenlə Kuytu keçdi – Veynaldum
21.06.2021 - 22:03
Van Bastenlə Kuytu keçdi – Veynaldum

Niderland millisinin kapitanı Jorjinyo Veynaldum yığmadakı qol sayını 25-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, o, AVRO-2020-nin Şimali Makedoniya ilə qarşılaşmasında (3:0) dubl müəllifi olub.

Veynaldum bununla da millidəki qol sayında Marko van Bastenlə Dirk Kuytu arxada qoyub. Jorjinyo Rafael van der Vartla bombardirlər siyahısında 13-cü yeri bölüşür.

Kapitan həm də AVRO-2020-nin bombardirlərinə şərik çıxıb. O, portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik kimi 3 dəfə fərqlənib.