Van de Bek Lempardın transfer siyahısında
29.01.2022 - 16:22
Van de Bek Lempardın transfer siyahısında

“Mançester Yunayted”in futbolçusu Donni van de Bekə daha bir klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, “Everton” niderlandlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Liverpullularun baş məşqçisi postuna əsas namizəd olan Frenk Lempard yarımmüdafiəçini komandasında görmək istəyir. Mançesterlilər onu satmaq istəməsə də, icarəyə göndərməyin əleyhinə deyil.

Donni də daha çox oyun praktikası qazanmaq üçün digər kluba keçmək arzusundadır. “Everton”un niderlandlı uğrunda yeganə rəqibi “Kristal Pelas”dır.