Varanla anlaşdı – İngiltərə klubu
17.07.2021 - 12:02
Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varanın yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərə təmsilçisi “Mançester Yunayted”lə anlaşıb.
Futbolçu ilə müqavilə 2026-cı ilədək nəzərdə tutulacaq. Varan mövsümdə 12 milyon avro qazanacaq.
Keçidin rəsmiləşməsi üçün iki klub arasında danışıqlar yekunlaşmalıdır. Transferin 50-60 milyona reallaşacağı gözlənilir.
Qeyd edək ki, Varanın “Real”la müqaviləsi 2022-ci ildə başa çatacaq.
0
0