İngiltərənin “Tottenhem” klubunun futbolçusu Yan Vertongen Premyer Liqadan ayrılmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, belçikalı müdafiəçi İtaliya və Hollandiyadan aldığı təklifləri götür-qoy edir.
“Napoli” artıq indidən futbolçunu heyətinə qatmaq istəyir. Ötən yay Y.Vertongeni transfer etmək cəhdi uğursuz alınan neapollular müdafiə xəttini qış fasiləsində gücləndirməkdə israrlıdır.
7 il əvvəl belçikalını 15 milyon avroya satan “Ayaks” yayda onun pulsuz geri qayıtmasını istəyir. Bu, 32 yaşlı müdafiəçinin müqaviləsinin başa çatmasından sonra gerçəkləşməlidir.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 14 oyun keçirən Y.Vertongen 1 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı