Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu sabiq hücumçusu Marko Deviçi yenidən heyətinə cəlb edib.
36 yaşlı forvard mövsümün əvvəlində ayrıldığı komandaya qayıdıb. Ukrayna millisinin keçmiş forvardı Premyer Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Deviç 2018-19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Komandanın Premyer Liqada ilk qolunun müəllifi olan veteran hücumçu ötən mövsüm iştirak etdiyi 21 oyunda 8 qola imza atıb.
Qeyd edək ki, Marko Deviç karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Vozdovats” olub. Deviç Ukrayna millisində keçirdiyi 35 matçda 7 qola imza atıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı