Videokonfrans olacaq – Premyer Liqa ilə bağlı
07.12.2020 - 11:15

Bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, iclas saat 15:00-da başlayacaq.
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq videokonfransın keçirilməsi məqsəduyğun bilinib.
0
0