"Sabah"da Marko Deviçlə bir yerdə oynayırdım. Onsuz da, karyeram qaydasında deyildi. Oraya getdikdən sonra daha böyük psixoloji çuxura düşdüm. Ancaq bu durumdan çıxmağıma kömək edən insanlar oldu. Həyatımı düzəltim və ardıcıl qollar vurmağa başladım".
Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın sabiq yarımmüdafiəçisi Vitali Kvaşuk deyib.
Ötən mövsüm Belarus klubu "Qomel"in formasını geyinən 26 yaşlı futbolçu 14 qolla bombardirlər yarışında ikinci yeri tutub. Ancaq komandası aşağı liqaya yuvarlanınca, "Qomel"lə yollarını ayırıb.
Kvaşuk müsahibəsində "Sabah"a keçidi ilə bağlı da danışıb. O, əvvəlcə 2018-ci ildəki danışıq mərhələsini xatırlayıb: "Menecerim zəng vuraraq dedi ki, Azərbaycandan maraqlananlar var. Baş məşqçi və prezident zəng vurdu, danışıq aparıldı və gedib müqavilə bağladım. Orda hər şey xoşuma gəlirdi. İnfrastruktur, əla otellər, gözəl şərait, futbola yanaşma tərzi. Bakı gözəl şəhərdir. Avtomobili sürətlə idarə etməyi sevirəm. Bakı da bu baxımdan əlverişli idi. Buna görə də, orada olanda özümü suda balıq kimi hiss edirdim".
- Premyer Liqadakı 8 komandadan 5-i Bakını təmsil edir. Bu, futbolun populyarlaşması baxımından dəhşətli mənzərə deyil?
- Bizim üçün əla idi (gülür). Nəhəng Ukraynadan sonra cənubdan qərbə gedəndə hər şey superdir. Ümumiyyətlə, çempionatın böyüməsi üçün pul lazımdır. Özəl klublarda vəziyyət yaxşıdır, digərlərində normal.
- Həyatınızın həmin mərhələsindən razısınız?
- İlk matçımda pleymeyker kimi çıxış etdim və yaxşı oyunla Azərbaycan çempionatının açılışını etdim. Sonra isə əksinə, oyunum uğursuz alındı, baş məşqçi ilə dialoqum oldu. Mənə səhvlərimi göstərməyə başladı. Məğlub olmuşduq, o isə mənə çox top itirdiyimi deyirdi. Ağıllı oğlanam, dərhal başa düşdüm ki, bu cür oyunu dayandırmaq, tez ötürmə vermək və topu ayaqda saxlamaq lazımdır. Növbəti oyunda hər şey yaxşı alındı, 2:0 hesablı qələbə qazandıq. Sonra baş məşqçi yaxınlaşıb dedi ki, sənə söylədim axı, təkbətək mübarizələrdə rəqib müdafiəçilərini aldatmağa çalış. Ona cavab verdim: "Siz özünüz mənə dediniz ki, top itirməyim, təkbətək mübarizələr zamanı topu komandada saxlamaq barədə düşünüm". Baş məşqçi də "axı sənə dedim, qışqırdım, onları aldat".
- Bundan sonra nə etdiniz?
- Mübahisə etməyə başladı. Mən onu başa düşə bilmirdim. Həm mən, həm də komanda yaxşı çıxış edirdi. Statistika bunu göstərirdi. Onunla söyüşmək baha başa gələ bilərdi. Çox çılğın idi, buna görə də mübahisə etmək mənasız idi. Demək olar ki, hər oyundan sonra belə anlar yaşanırdı. Artıq psixoloji çuxura düşmüşdüm. Davamlı təzyiq var idi, bunun öhdəsindən gələ bilmirdim. Sonra düşündüm ki, məni bura niyə gətiriblər? Hücumlar zamanı fərdi keyfiyyətlərimdən istifadə etməyim üçün. Baş məşqçi məndən tam fərqli oyun tələb edirdi. Məşqlərin birində çirkin davrandı, onun cavabını verdim. Ona heç vaxt baş əymədim. Prezidentlə görüşdüm və qərara gəldik ki, komandanı dəyişim.
- Prezident Marko Deviçin transferi zamanı sizinlə məsləhətləşmişdi?
- Bəli, belə bir şey olmuşdu. Bunu gözləmirdim. Prezident bazaya gəldi və mənə yaxınlaşaraq dedi ki, Vitali, necə düşünürsən, Marko Deviç bura gələr? Onunla danışmaq istəyirik. Açığı, mən heç bir şansın olmadığını demişdim. Klub prezidenti yaxşı insan və iddialı idi. Görünür, Deviçi razı sala bilmişdi. Marko gələndə çox təəccüblənmişdim.
- Deviçin orada Tanrıdan sonra ikinci olduğunu hiss etdiniz?
- Komandanın, bəlkə də, çempionatın ulduzu idi. Sadə görünürdü və yaxşı da oynayırdı. Məşqləri qaçırmırdı, hətta məşqdən sonra ayrıca çalışırdı. 35 yaşı olmasına baxmayaraq, məşqlərdə dayanmırdı, qaçırdı, müdafiəçiləri gərginlikdə saxlayırdı, vitaminlərinə fikir verirdi. Sonra da qollar vurmağa başladı.
- Müsəlmanlar arasında necə yaşayırdız. Qəribəlik var idi?
- Var idi. Çimərkən alt paltarı ilə yuyunmağı xahiş edirdilər. Tamamilə çılpaq olmaq mümkün deyildi. Kapitan hər şeyi izah etdi və mən də razılaşdım. Komandadakıların bir çoxu hər gün namaz qılır, dualar oxuyurdu.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək