“Fiorentina”nın hücumçusu Duşan Vlahoviç tezliklə “Yuventus”a keçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı forvard “qoca sinyora” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Serbiya millisinin üzvü artıq bu aydan Turin təmsilçisində oynamaq istəyir. “Arsenal” onunla maraqlansa da, hücumçu özü “Yuventus”u üstün tutub. Keçid reallaşarsa, Vlahoviçin illik maaşı 7 milyon avro olacaq. İndi qalır klubların ortaq məxrəcə gəlməsi. “Yuve” keçid üçün 35 milyon avro təklif edib.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm “Fiorentina”nın heyətində 24 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə verib.