Voislav Stankoviçlə yeni müqavilə bağladı – “Neftçi”
16.06.2021 - 19:57
“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu müdafiəçi Voislav Stankoviçlə yeni anlaşma imzalayıb.
33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli müqavilə bağlanılıb. Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlayıb.
0
0