Azərbaycan futbolunda ilk qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu hadisə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Səbail” görüşündə baş verib.
Qonaqların baş məşqçisi Aftandil Hacıyev 118-ci dəqiqədə 4-cü əvəzetmədən istifadə edib. Rahid Əmirquliyevi əvəzləyən Vüqar Bəybalayev 2018-ci ildən tətbiq olunan yeni qaydalara əsasən oynamaq şansı qazanan ilk futbolçu kimi tarixə düşüb.
2018-ci ilin yayından etibarən Azərbaycanda da əlavə vaxtın oynanıldığı qarşılaşmalarda əlavə - 4-cü əvəzetməyə icazə verilir. Ölkəmizdə Superkubok keçirmək mümkün olmadığından, bu, yalnız kubokda baş verə bilərdi.
Lakin ötən mövsümdə - 2018/19-da heç bir görüşdə əlavə vaxt olmayıb. Cari mövsümün 1/8 finalında da yenilikdən yararlanmaq üçün şərait yaranmayıb.
Yeni qayda qüvvəyə minəndən sonrakı ilk əlavə vaxt isə Zirədəki matçda yaşanıb. Düzdür, meydan sahibləri elə üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə 4-cüyə də ehtiyac duyub. Maraqlıdır ki, “Səbail” əvəzetmələrin dördünü də əlavə vaxtda gerçəkləşdirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı