Xavinin istəyi
23.04.2022 - 15:33
“Barselona” rəhbərliyi Usman Dembeleni heyətində saxlamaq istəyir.
Apasport.az saytının məlumatına görə, bu, baş məşqçi Xavinin istəyidir.
O, fransalı vingeri komandanın lideri hesab edir. Mütəxəssis Dembeleni digər oyunçulara nümunə göstərir.
Xavi klub prezidenti Joan Laportaya bildirib ki, onun üçün yay transfer pəncərəsində ən önəmli məsələ Dembelenin qalmasıdır. Kataloniyalılar da bu üzdən Usmanla danışıqları gələn ay yenidən bərpa edəcək.
Qeyd edək ki, Dembele cari mövsüm 27 matçda 2 qol vurub.
0
0