İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Mançester Yunayted” üçün uğursuz alınıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”ni qəbul edən Ole-Qunnar Sulşerin yetirmələri artıq ilk yarıda üç cavabsız qol buraxıb.
“Old Trafford”da təxminən 23 ildən sonra ilk dəfə qonaq komanda fasiləyədək belə məhsuldar olub. “Mançester Yunayted” 1997-ci ilin mayından sonra öz meydanındakı matçın ilk 45 dəqiqəsində 2-dən artıq top buraxmırdı.
Sonuncu dəfə bunu “Midlsbro” bacarmışdı. 1997-ci ilin mayın 5-də keçirilən çempionat oyununun ilk 45 dəqiqəsində 2:3 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətdən qaça bilmişdi – 3:3.
Maraqlıdır ki, həmin qarşılaşmanın ikinci hissəsindəki yeganə qolu indi baş məşqçi vəzifəsini tutan Ole-Qunnar Sulşer vurub. 23 il əvvəlki xilaskarın yetirmələri də fasilədən sonra 1 qol vurub. Lakin bu top məğlubiyyətdən qaçmağa kifayət etməyib.
Qeyd edək ki, “Mançester Yunayted” evdə 1:3 hesabı ilə uduzub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı