Xorvatiyadan əzmkar qələbə
19.11.2019 - 23:22
Xorvatiyadan əzmkar qələbə

Azərbaycan milli komandasının mübarizə apardığı AVRO-2020-nin seçmə mərhələsinin E qrupunun qalibi olan Xorvatiya yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, digər komandaların son seçmə matçlarını keçirdiyi gündə balkanlılar Gürcüstanla qarşılaşmada qüvvələrini sınayıblar.

AVRO-2020-yə vəsiqəni üç gün öncə qazanan Zlatko Daliçin yetirmələri rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Slovakiya ilə seçmə mərhələnin matçında (3:1) olduğu kimi yenə xorvatiyalılar əzmkarlıq göstəriblər.

Giorgi Aburjaniyanın 18-ci dəqiqədə hesabı açdığı matçda dünya çempionatının gümüş mükafatçısı avtoqolla tarazlıq yaradıb. Quram Kaşia gürcüləri məyus edib.

Xorvatiyanın qələbə qoluna İvan Perişiç imza atıb. O, 53-cü dəqiqədə fərqlənib.