Xüsusi tədbir olacaq - Fatih Terim üçün
21.06.2021 - 10:58
Xüsusi tədbir olacaq - Fatih Terim üçün

“Qalatasaray” baş məşqçisi Fatih Terim üçün tədbir təşkil edəcək.

Apasport.az saytının məlumatına görə, həmin mərasimdə təcrübəli mütəxəssis yeni müqaviləyə qol çəkəcək.

“Cim-bom”a yeni prezident seçilən Burak Elmasın baş məşqçi postunda Terimi saxlayacaqlarını açıqlamasından sonra klub bunu xüsusi tədbirlə elan etmək qərarına gəlib. 68 yaşlı çalışdırıcının imzalanma mərasimi iyunun 23-nə planlaşdırılır.

Fatih Terim özü də sosial şəbəkədə paylaşımı ilə “Qalatasaray”da qaldığını bəyan edib.