Yalnız Qurban Qurbanov
02.03.2022 - 11:00
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, karyerasını davam etdirən mütəxəssislərin yer aldığı siyahıya əsasən 500 ən yaxşı baş məşqçisi müəyyənləşib.
Azərbaycan cədvəldə bir məşqçi ilə təmsil olunub. “Top-500”ə yalnız “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov düşə bilib. O, 1588 xalla planetin 226-cı məşqçisidir.
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2190), Yurgen Klopp (2106) və Joze Mourinyo (2059) qərarlaşıb.
0
0