Yalnız “Zirə”
24.04.2022 - 12:03
Yalnız “Zirə”

Azərbaycan Premyer Liqasının 23 turu arxada qalıb.

Apasport.az saytının məlumatına görə, artıq 7 cüt mövsümdə 4 dəfə qarşılaşıb.

Bu cütlərdən yalnız birində komandalardan biri rəqibindən 12 xal almağı bacarıb. Mövsümün ilk “abunə”si “Zirə” ilə “Səbail”in duellərinə təsadüf edib.

Rəşad Sadıqovun komandası rəqibini bütün dövrələrdə məğlubiyyətə uğradıb. Qəsəbə klubu ümumi hesabda 8:3 hesabı ilə üstün olub.

Zirəlilər evdə 3:1 və 2:1 hesabı ilə qalib gəlib. “Qartallar” səfərdəki matçlarda minimal üstünlük əldə edib – 2:1, 1:0.