Avrokubokların yarımfinal mərhələsində mübarizə aparacaq 12 komandanın tam siyahısı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında kuboka iddia edən komandalar 7 müxtəlif ölkəni təmsil edir.
UEFA-ya üzv olan digər 48 ölkə isə yarımfinalları yalnız tamaşaçı kimi izləyəcək. 1/4 final səddini adlayanlar arasında İngiltərə üstünlüyə sahibdir.
Hər üç kuboku qazanaraq “tripl” etmək şansına da yalnız Premyer Liqa malikdir. “Liverpul”la “Mançester Siti” Çempionlar Liqasını, “Vest Hem” Avropa Liqasını, “Lester” isə ilk dəfə keçirilən Konfrans Liqasını qazanmağa namizədlərdəndir.
Hərəyə iki klubu olan İspaniya və Almaniya finalı da yaşana bilər. La Liqa klubları Çempionlar Liqasında, Bundesliqa təmsilçiləri Avropa Liqasında final cütü təşkil edə bilər.
“Top-7”də “Böyük beşlik” liqaları ilə yanaşı Niderland və Şotlandiya da təmsil olunur. Maraqlı bir tendensiya ondan ibarətdir ki, turnirlərin nüfuzu və səviyyəsi düşdükcə, yarımfinaldakı ölkə sayı artır. Çempionlar Liqasında yalnız iki, Avropa Liqasında üç ölkə komandaları qalıbsa, Konfrans Liqasında hər klub bir assosiasiyadandır
Yarımfinalçılar ölkələr üzrə
|
yer |
Ölkə |
ÇL |
AL |
KL |
CƏMİ |
|
1 |
İngiltərə |
2 |
1 |
1 |
4 |
|
2 |
İspaniya |
2 |
0 |
0 |
2 |
|
3 |
Almaniya |
0 |
2 |
0 |
2 |
|
4 |
Şotlandiya |
0 |
1 |
0 |
1 |
|
5-7 |
İtaliya |
0 |
0 |
1 |
1 |
|
|
Fransa |
0 |
0 |
1 |
1 |
|
|
Niderland |
0 |
0 |
1 |
1 |