Yarımfinalçılar nə vaxt bilinəcək? - Azərbaycan kubokunda
10.12.2019 - 15:09
Yarımfinalçılar nə vaxt bilinəcək? - Azərbaycan kubokunda

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, qarşılaşmalar iki gün ərzində baş tutacaq.

İlk yarımfinalçılar dekabrın 19-da bəlli olacaq. Kubok iddiasını sürdürəcək digər iki komanda isə ertəsi gün dəqiqləşəcək.

Qeyd edək ki, bütün matçlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq:
 
Azərbaycan kuboku
1/4 final, cavab oyunları

19 dekabr (cümə axşamı)
“Zirə” – “Səbail”

Zira İdman Komleksinin stadionu, 15:00

“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 18:00

20 dekabr (cümə)
“Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”, 17:00

“Keşlə” – “Qarabağ”
“ASCO Arena”, 20:00