Yarımfinalda Mançester derbisi
19.12.2019 - 10:38
Yarımfinalda Mançester derbisi

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu raundda azarkeşlər Mançester derbisi izləyəcək.

Püşk yarışın son qalibi “Mançester Siti” ilə “Mançester Yunayted”i üz-üzə qoyub. Digər cütdə “Lester”lə “Aston Villa” qarşılaşacaq.

İlk oyunlarda “Mançester Yunayted”lə “Lester” ev sahibi olacaq. Görüşlər yanvarın 7-8-də keçiriləcək. Cavab matçları ilə üç həftə sonra – yanvarın 28-29-da baş tutacaq.

Qeyd edək ki, Liqa kubokunun finalı martın 1-də “Uembli”də təşkil olunacaq.