Bu gün Avropa Liqasında yarımfinal mərhələsi start götürəcək.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar öncəsi yoluna davam edən futbolçular arasında ən dəyərliləri açıqlanıb.
7 oyunçunun yer aldığı siyahıda yalnız “Roma”dan heç kim yer almayıb. Bu baxımdan “Mançester Yunayted”lilər üstünlük təşkil edir. Avropa Liqasının ən dəyərli ilk 3 oyunçusu hazırda məhz “qırmızı şeytanlar”ın formasını geyinir.
“Arsenal” və “Vilyarreal” isə hərəyə 1 oyunçu ilə təmsil olunub.
1. Bruno Fernandeş (“Mançester Yunayted”) - 90 milyon avro

2. Markus Reşford (“Mançester Yunayted”) - 85 milyon

3. Pol Poqba (“Mançester Yunayted”) - 60 milyon

4. Bukayo Saka (“Arsenal”) - 60 milyon

5. Meson Qrinvud (“Mançester Yunayted”) - 50 milyon

6. Pau Torres (“Vilyarreal”) - 50 milyon

7. Entoni Marsial (“Mançester Yunayted”) - 50 milyon
