Yarımmüdafiəçisini icarəyə verdi – “Atletiko”
05.07.2021 - 22:44
İspaniyanın “Atletiko” klubu futbolçusu Vitolonu icarəyə verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Xetafe”də çıxış edəcək.
31 yaşlı ispaniyalının icarə müddəti 1 illik nəzərdə tutulub. O, tibbi müayinədən keçdikdən sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Vitolonun madridlilərlə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
0
0