Yeni baş məşqçi tapdı - "Valensiya”
25.07.2020 - 23:17
İspaniyanın “Valensiya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu posta Xavyer Qarsia gətiriləcək.
“Yarasalar” 50 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayacaq. Onun təyinatı iyunun 27-də rəsmiləşməlidir.
Qeyd edək ki, ötən ay Albert Seladesi istefaya göndərən “Valensiya”nın yeni çalışdırıcısı əvvəllər “Rubin”, “Uotford”, “Olimpiakos” və “Malaqa” kimi klublarda işləyib.
0
0