Yeni baş məşqçisini açıqladı – “Napoli”
29.05.2021 - 12:41
“Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu posta Luçiano Spalletti gətirilib.
Cennaro Qattuzo ilə yollarını ayıran Neapol təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni rəsmiləşdirib. A seriyası təmsilçisinin prezidenti Aurelius De Laurentis 62 yaşlı mütəxəssisin rəhbərliyi altında daha uğurlu çıxış edəcəklərinə inandığını açıqlayıb.
Qeyd edək ki, Luçiano Spalletti sonuncu dəfə 2017-2019-cu illərdə “İnter”i çalışdırıb.
0
0