Yeni mövsümün başlama tarixi açıqlandı - Premyer Liqada
24.07.2020 - 17:47
Yeni mövsümün başlama tarixi açıqlandı - Premyer Liqada

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün başlayacağı tarix müəyyənləşib. 

Apasport.az xəbər verir ki, bu barədə yarışın rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilir ki, növbəti mövsüm sentyabrın 12-də start götürəcək. Çempionat gələn ili mayın 23-də başa çatacaq. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2019/20 mövsümdə sona 1 tur qalıb.