Niderlandda 2020/21 mövsümünün start tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Niderland Futbol Assosiasiyası Erediviziyada yeni mövsümün sentyabrın 12-də başlayacağını açıqlayıb.
Yarışa gələn il mayın 16-da yekun vurulacaq. 34 turluq mübarizədən sonra elitada qalmaq və Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunları keçiriləcək. Mövsüm ərzində komandaların avrokuboklardakı çıxışları səbəbindən təqvimdə düzəlişlər mümkündür. XXII turdan sonrakı təqvim dekabrın ortalarında açıqlanacaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Niderlandda 2019/20 mövsümü erkən başa çatdırılıb və qalib elan olunmayıb.