Yeni müqavilə bağladı - Xavi
13.05.2021 - 11:39
Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandes yeni müqaviləyə qol çəkib.
Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis bununla “Barselona”nın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan söz-söhbətə son qoyub.
Yeni sazişə əsasən, Xavi 2023-cü ilin yayına qədər “Əl-Sədd”ə rəhbərlik edəcək. Onun çalışdırdığı komanda 2020/21 mövsümündə məğlubiyyətsiz Qətər çempionu olub.
Qeyd edək ki, Xavi Ernandes 2019-cu ildən “Əl-Sədd”i çalışdırır.
0
0