Yeni müqavilə - "Zirə"də
09.07.2021 - 11:06
“Zirə” yay fasiləsində daha bir futbolçu ilə anlaşıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu qapıçısı Rəşad Əzizlini komandada saxlayıb.
Mehdi Cənnətov və Anar Nəzirovu transfer edən qəsəbə təmsilçisi Əzizli ilə də yeni 1 illik saziş bağlayıb. 27 yaşlı qolkiper ötən ilin yayından bu komandada çıxış edir.
Qeyd edək ki, “Zirə” buna qədər Davit Volkov, Ağabala Ramazanov və Dimitrios Çantakiasla yeni müqavilə imzalayıb.
0
0