Yeni müqavilə - millinin baş məşqçisi ilə
12.05.2021 - 10:38
İtaliya millisinin baş məşqçisi Roberto Mançini ilə müqavilə uzadılacaq.
Apasport.az saytının məlumatına görə, federasiya və mütəxəssis arasında bununla bağlı ilkin razılıq əldə edilib.
Baş məşqçi ilə yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulacaq. O, AVRO-2020-nin ardından iki dünya və bir qitə çempionatında da yığmaya rəhbərlik edəcək. Bu müqaviləyə əsasən Mançini ildə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Mançini 2018-ci ildən Skuadra Adzurranı çalışdırır.
0
0