“İnter”in hücumçusu Lautaro Martines uzun müddət bu komandada qalacaq.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard A seriyasının çempionu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.
Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb və 23 yaşlı forvard 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 1 illik uzatmaq təklifini qəbul edib. Məvacibi də yaxşılaşdırılacaq Martinesin sərbəst qalma məbləği isə 111 milyon avro olaraq göstəriləcək.
Qeyd edək ki, 2018-ci ildən “İnter”in formasını geyinən Lautaro Martinesin ötən il “Barselona”ya keçidi son anda baş tutmamışdı.