Yeni müqavilə təklifi – 36 yaşlı futbolçuya
25.11.2020 - 10:16
Yeni müqavilə təklifi – 36 yaşlı futbolçuya

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Tiaqo Silva karyerasını bitirməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 36 yaşlı futbolçunun daha bir il komandada qalmasının tərəfdarıdır.

Bu səbəbdən rəhbərlik Braziliya millisinin üzvünə mövsümün sonuna qədər olan müqavilə müddətinin 2022-ci ilin yayına qədər uzadılmasını təklif edib. Tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Tiaqo Silva “Çelsi”yə bu ilin yayında Fransa klubu PSJ-dən azad agent kimi keçib.
 

0