Yeni müqaviləyə razılaşmadı - Martines
24.05.2020 - 22:48
Yeni müqaviləyə razılaşmadı - Martines

"İnter"in hücumçusu Lautaro Martines komandasını dəyişməkdə qərarlıdır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard rəhbərliyin yeni müqavilə təklifini növbəti dəfə rədd edib.

Halbuki "neradzurra" daha yüksək məvacib vəd edib. Argentina millisinin üzvü "Barselona" ilə şəxsi razılığa gəldiyindən, həm "İnter"də qalmaq, həm də digər klublardan gələn təklifə mənfi cavab verib. Futbolçunun sərbəst qalma məbləği 111 milyon avrodur.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm 22 oyunda 11 qol vurub.