Fransanın “Renn” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa “Real”a keçmək arzusundadır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 18 yaşlı pleymeykerin xidmətində maraqlı olsa da, mövsümün sonunda onu transfer etmək iqtidarında deyil.
Buna səbəb koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranıdır. Fransa millisinin üzvü hətta bir neçə ildən sonra da Madrid təmsilçisinin formasını geyinmək istəyir. O, “Renn”lə yeni müqavilə bağlamağa razılıq verib. Bir şərtlə ki, gələcəkdə məhz “Real”a keçəcək.
İspanların yay fasiləsində əsas transfer hədəfi Fransa millisinin digər üzvü – hücumçu Kilian Mbappe olacaq.