Yeni rekord: 57 məğlubiyyətsiz oyun
11.04.2022 - 09:21
Yeni rekord: 57 məğlubiyyətsiz oyun

“Porto” yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, “əjdahalar” Portuqaliya çempionatında məğlubiyyətsiz oyunlar sayını 57-yə çatdırıb.

Bu, “Gimaraeş”lə matçda rəsmiləşib. 1:0 hesablı qələbə qazanan Portonun eyniadlı təmsilçisi bununla da ölkə çempionatları tarixində yeni rekorda imza atıb.

Qeyd edək ki, yarışın lideri olan “Porto” “Sportinq”i 6 xal qabaqlayır.