“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı vinger Xuan Kamara bundan sonra bakılıların uğurları üçün çalışacaq.
27 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan birillik icarəyə götürülüb.
Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.
Yeni transfer “Sabah”da 17 nömrəli formada çıxış edəcək.