Yeni vəzifədə - Mourinyo
30.04.2021 - 11:26
İngiltərənin “Tottenhem” klubundan ayrılan Joze Mourinyonun yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis fəaliyyətini Böyük Britaniyada davam etdirəcək.
O, özünü yeni vəzifədə sınayacaq. Mourinyo “talkSPORT” radiostansiyasında çalışacaq.
Belə düşünməyə radionun rəsmi tvitter səhifəsinin yaydığı rolik əsas verib. Əlində şirkətin adı yazılan futbolka tutan, lakin üzü görünməyən şəxsin Mourinyo olduğu bildirilir.
0
0