Fransa millisinin sabiq futbolçusu Cibril Sissenin yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, sabiq hücumçu “Marsel”də məşqçi kimi çalışacaq.
O, klubun akademiyasında hücumçuların çalışdırıcısı təyin olunub. Sisse U-16-dan əvəzedicilərə qədər olan komandaların forvardlarına məşqçilik edəcək.
Bu ilin aprelində ABŞ-ın 4-cü liqa klubu “Panatinaikos Çikaqo” ilə müqavilə imzalayan hücumçu debüt etmədən komandadan ayrılıb.
Qeyd edək ki, 2001/02 və 2003/04 mövsümlərində Liqa1-in bombardiri olan Cibril milli komandada, həmçinin “Liverpul”, “Latsio” və “Marsel”dəki çıxışları ilə tanınıb.