Yetirməsini 500 dəfədən çox zorlayan məşqçi həbs edildi
14.04.2022 - 11:37
Yetirməsini 500 dəfədən çox zorlayan məşqçi həbs edildi

ABŞ-ın Ohayo ştatının məhkəməsi Betel-Teyt qəsəbəsindəki orta məktəbdə futbol, basketbol və atletika üzrə məşqçi işləyən Çad Uilhoffu 15 il müddətinə azadlıqdan məhrum edib.

Apasport.az saytını məlumatına görə, buna səbəb 42 yaşlı mütəxəssisin bir qadınla cinsi əlaqədə olmasıdır.

Uilhoff həyat yoldaşının qohumu olan gənc idmançını məşqə çağırıb və fürsətdən istifadə edərək, onunla intim münasibətdə olub. O, bu əməlini beş il – qurbanın 12 yaşından 16 yaşına qədər davam etdirib. 

Münasibət 2002-ci ildən 2007-ci ilə qədər çəkib və bu müddət ərzində məşqçi gənc xanımla 500 dəfədən çox cinsi əlaqədə olub. Amma zərərçəkmiş baş verənləri indi açıqlayıb. Məhkəmə heyəti Çadı 10 maddə üzrə təqsirli bilib.

Bundan əlavə, Çad Uilhoffun başqa bir qız və bir oğlana qarşı təcavüz ittihamları da olub.