Qış transfer dönəmini səssiz keçirən “Qəbələ” axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bir neçə yerli futbolçu ilə maraqlanan “qırmızı-qaralar” hücum xəttindəki oyunçuların sayını artırmağı planlaşdırır.
Rəhbərlik Estoniyanın “Narva” klubunun forvardı Nurlan Novruzovdan sonra “Səbail”in ön xətt oyunçusu Amil Yunanova da maraq göstərməyə başlayıb. “Səbail”lə müqavilə müddəti mövsümün sonuna qədər olan 28 yaşlı Yunanov da yetirməsi olduğu komandaya qayıtmağın əleyhinə deyil.
Bu keçid reallaşarsa, Amilin karyerasında ikinci dəfə “Qəbələ” macərası başlayacaq. 2011-ci ildə akademiyadan əsas komandaya cəlb edilən futbolçu 2 il Premyer Liqada çıxış etdikdən sonra “Qəbələ”dən ayrılıb.
Qeyd edək ki, Amil Yunanov cari mövsüm çempionatda 5 oyun keçirib, 1 qola imza atıb.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı