Yığma yenə darmadığlna üzüldü
20.10.2019 - 19:46
Yığma yenə darmadığlna üzüldü

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu milli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçına çıxıb.

Yığma oyunları Farer adalarında keçirilən 5-ci qrupda Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç skandinaviyalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Azərbaycan yığmasının ikinci darmadağını olub. Komanda ilk turda Sloveniyadan daha çox – 6 cavabsız qol buraxmışdı.

Qeyd edək ki, oktyabrın 23-də baş tutacaq son turda yığmamız Farer adaları ilə görüşəcək.