Yığmada daha bir debütant
20.11.2019 - 00:58
Yığmada daha bir debütant

AVRO-2020-nin seçmə mərhələsinin Slovakiya ilə qarşılaşması Azərbaycan millisində daha bir debütlə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Trnavadakı görüşün ikinci hissəsində meydana daxil olan Elvin Camalov yığmada ilk matçına çıxıb.

O, komandanın tarixinə 236-cı futbolçu kimi düşüb. Bu qarşılaşmayadək 234 oyunçu millidə çıxış etmişdi. Start heyətində yer alan Vüsal İsgəndərli bu rəqəmi 235-ə, Elvin isə 236-ya çatdırıb.

Qeyd edək ki, hazırda davam edən oyunda Slovakiya 1:0 hesabı ilə öndədir.