Yığmadan çıxarıldı - “Neftçi”nin futbolçusu
24.09.2020 - 12:53
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, “Neftçi”dən dəvət edilən Fərid Yusifli heyətdən çıxarılıb.
O, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlığında iştirak etməyəcək. Yusiflinin əvəzinə İbrahim Novruzov (“Keşlə”) toplanışa dəvət olunub.
0
0