Milli komandaların sükanı arxasında ən çox oyun keçirən baş məşqçilərin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəlin ilk iki sırasında qərarlaşan mütəxəssislər ötən il sevimli komandalarından ayrılıblar.
Futbol tarixində bir yığmada ən çox oyuna çıxan baş məşqçi Oskar Tabarezdir. 75 yaşlı mütəxəssis ötən il ayrıldığı Uruqvay yığmasının sükanı arxasında indiyə qədər 225 matçda iştirak edib. İkinci sırada Yoaxim Löv qərarlaşıb. Almaniya yığması 2006-2021-ci illər aralığında onun rəhbərliyi altında 198 qarşılaşmada iştirak edib.
1. Oskar Tabarez
Çalışdırdığı yığma: Uruqvay
Çalışdığı dönəm: 1988-1990 (34), 2006-2021 (191)
Yığma ilə keçirdiyi oyun sayı: 225
2. Yoaxim Löv
Çalışdırdığı yığma: Almaniya
Çalışdığı dönəm: 2006-2021
Yığma ilə keçirdiyi oyun sayı: 198
3. Sepp Herberger
Çalışdırdığı yığma: Almaniya
Çalışdığı dönəm: 1936-1964
Yığma ilə keçirdiyi oyun sayı: 167
4. Morten Olsen
Çalışdırdığı yığma: Danimarka
Çalışdığı dönəm: 2000-2015
Yığma ilə keçirdiyi oyun sayı: 166
5. Uqo Meysl
Çalışdırdığı yığma: Avstriya
Çalışdığı dönəm: 1912-1937
Yığma ilə keçirdiyi oyun sayı: 155
6. Mahmud el-Qohari
Çalışdırdığı yığma: Misir
Çalışdığı dönəm: 1988-1990 (48), 1991-1993 (22), 1997-1999 (43), 2000-2002 (38)
Yığma ilə keçirdiyi oyun sayı: 151
7. Bryus Arena
Çalışdırdığı yığma: ABŞ
Çalışdığı dönəm: 1998-2006 (130), 2017 (16)
Yığma ilə keçirdiyi oyun sayı: 146
8-9. Helmut Şön
Çalışdırdığı yığma: Almaniya
Çalışdığı dönəm: 1964-1978
Yığma ilə keçirdiyi oyun sayı: 139
8-9. Valter Vinterbottom
Çalışdırdığı yığma: İngiltərə
Çalışdığı dönəm: 1946-1962
Yığma ilə keçirdiyi oyun sayı: 139
10. Yon Pettersson
Çalışdırdığı yığma: İsveç
Çalışdığı dönəm: 1921-1936
Yığma ilə keçirdiyi oyun sayı: 138