Yığmamız 6 qolla uduzdu
14.03.2022 - 20:01
Yığmamız 6 qolla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının ikinci raundunda son matçına çıxıb.

Komandamız Albaniyada keçirilmiş oyunda şotlandiyalı yaşıdları ilə üz-üzə gəlib. Böyük britaniyalılar 6 cavabsız qolla qələbə qazanıb – 6:0.

Qeyd edək ki, Albaniyaya 0:1, Şimali Makedoniyaya 0:3 hesabı ilə uduzan millimiz qrupda sonuncu olub.